AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan, qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər müvafiq sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik, bioloq və hüquqşünas ixtisaslarına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

İnstitutdan verilən məlumata görə, namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisas üzrə iş təcrübəsi tələb olunur.

Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əməkhaqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

Həmin tələblərə cavab verən şəxslər CV-lərini oktyabrın 2-dək mövzu yerinə "AQTİ – Quba" yazaraq, [email protected] e-poçt ünvanına göndərə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.