Qənirə Paşayeva vəfat etdi

Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

Bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!