Baş prokuror Gəncədə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev oktyabrın 10-da, saat 10:00-da Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinləri ilə görüşəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.