Sentyabr ayında 22 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən verilən məlumata görə, 2023-cü il sentyabrın 1-dən sentyabrın 30-dək 22 aptekdə yoxlamalar həyata keçirilib.

Aparılan yoxlamalar nəticəsində 1 əczaçılıq müəssisəsində nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.