DİN: Qarabağın bütün rayonlarda maddi-mədəniyyət nümunələrinin mühafizəsi təmin edilir

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələrinin – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.

Qeyd edilən ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.