Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 23 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Xidmətdən verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18, Şabranda 16, Bakıda və Abşeron yarımadasında isə 23 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək, Naxçıvan Muxtar Respublikasında 24°-dək, Aran rayonlarında 23°-dək, dağlıq rayonlarda 8°-dək isti təşkil edib.