Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edir

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.