Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

Hadisə Masazır kəndində baş verib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb edilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı Pakistan  vətəndaşı Asad Şabbir Ahmadın   Masazırda yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər soydaşına müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Asad Şabbir Ahmad tutulub. İbtidai istintaq davam etdirilir.