Xaçmazda evdə meyit aşkarlanıb

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan  bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.