Xaçmazda qətl törətməkdə şübhəli bilinən şəxs istintaqa təhvil verilib

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.