Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb

Noyabrın 4-ü saat 9:00-a olan məlumatına əsasən 03-də axşam, 04-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.


Yerveinsan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.

Duman Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.