Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb

Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.