Nazir Adil Kərimli şəhid qardaşına iş vermədi

Noyabrın 3-də Tərtər şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla keçirilən qəbulunda şəhid qardaşı Musa Muradlı da iştirak edib.

Şəhid anası Əsli Muradova ilə qəbula gələn Musa Muradlı nazirə bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetini fərqlənmə diplomu ilə bitirib. 2004-2012-ci illərdə Bərdə rayon Mədəniyyət Şöbəsinin tabeli müəsisələrində işləyib.2008-2011-ci illərdə Bərdə şəhər Mədəniyyət sarayında direktor kimi fəaliyyət göstərib. “Azpetrol LTD” MMC-də növbə rəisi, “Şəmstərcümə Xidmətləri Mərkəzi”nin “ASAN” xidmət Bərdə şöbəsində inzibatçı, “Sputnik “BİA-nin Qarabağ üzrə bölgə müxbiri vəzifələrində çalışıb. 2020-ci ildə “Sputnik” BİA-ni tərk edəndən sonra təhsili üzrə yenidən Mədəniyyət İdarəsinə işə qayıtmaq istəyib. Əvvəllər bu barədə keçmiş Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərlərinə də dəfələrlə müraciət edib.Ancaq məsələ ilə bağlı müsbət qərar olmayıb.

Musa Muradlı nazir Adil Kərimlidən aldığı təhsilə uyğun olaraq mədəniyyət sahəsində işlə təmin olunmasını xahiş edib. Şəhid anası Əsli Muradova da oğlunun işlə təmin olunması üçün edilən xahişə qoşulub.” Elə bilin bu işi mənə verirsiniz”-deyib. Ancaq nazir Adil Kərimli şəhid qardaşının işlə təmin olunmasından imtina edib.

Onu da qeyd edək ki, nazir Adil Kərimli fəaliyyətə başldığı ilk günlərdə mədəniyyət sahəsində çalışan 41 min işçidən 7 faizinin ixtisaslı olduğu barədə mətbuata açıqlama vermişdi .//https://media1.az/