Tərtər rayonunda mina partlayışı nəticəsində xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) noyabrın 5-də Tərtər rayon sakininin mina partlayışı nəticəsində xəsarət alması ilə bağlı məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
“ ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”, - deyə məlumatda qeyd olunub.

