Xorvatiyanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 6-da başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.