Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Milli Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Qeyd edək ki, noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bölgələrdə də qeyri-sabit , yağıntılı hava şəraiti müşahidə olunub. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağıb.