Bakıda adam bıçaqlayan şəxslər tutulub

Oktyabrın 31-də Nəsimi rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Niyaməddin Məmmədov və Elsevər Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.