Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb

Ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.