Bu gün Bakının iki rayonunda qaz olmayacaq
Bu gün Bakının iki rayonunda qaz olmayacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə “Pirəkəşkül Broyler fabriki” ölçü qovşağından qidalanan “Müşfiqabad(Əhali)” qaz kəmərində 16.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

