Zabux kəndinə daha 25 ailə yola salınıb

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (94 nəfər) yola salınıb.

 Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux kəndinə yola salınıb.

Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.//trend