Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu

İlham Nəsirov ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub.

Yerveinsan.az bildirir ki, bu barədə xəbəri ETSN-nin mətbuat katibi İradə İbrahimova Trend-ə təsdiqləyib.

O qeyd edib ki, yeni müşavir İlham Nəsirov bu təyinata qədər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.