Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, noyabrın 13-dan 19-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 14 mina və 1582 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 737,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.