Ötən həftə 94 mindən çox ağac tingi əkilib

Ötən həftə ölkə üzrə 70.2 hektar meşə ərazisində əkin işləri aparılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran, Astara, Lerik, Tovuz, Ağstafa, Qazax, Sabirabad, Şirvan, Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Ağcabədi, Beyləqan, İmişli, Göygöl, Goranboy, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Qəbələ və Oğuzun meşə ərazilərində ümumilikdə 94 min 263 ağac tingi əkilib. Həmçinin 2 min 665 kiloqram toxum səpilib.