Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor TƏYİN OLUNDU

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktorui Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürəktutmasından vəfat edib. (report)