Külli miqdarda siqaret və dərman preparatları aşkar edilib

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində ölkəmizə gələn yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən külli miqdarda - ümumilikdə 13 adda - 246800 ədəd siqaret və 73 adda - 77698 ədəd həb, 615 ədəd inyeksiya qələmi, 30 ədəd sirop, 1561 ədəd flakon, 3612 ədəd ampul, 423 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 88 bağlamadan ibarət dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.