Cəlilabadda tələbələr qızılcaya yoluxub

2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

TƏBİB-dən verilən məlumata görə, pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.