Lerik rayonunda qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb

Lerik rayonunda qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

E.Vəliyevdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.