Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib


Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Sertifikatlaşdırmadan keçmiş müəllimləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!