Beyləqan rayonunda 3 ədəd odlu silah polisə təhvil verilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, tədbir zamanı rayon sakinlərindən mərhum ailə üzvlərinə aid olmuş 3 odlu silah polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.