Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib

Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətindən gizlədilən 230 qutu və 2436 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.