Tovuzda qanunsuz ov ilə məşğul olan şəxslər saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Ceyrançöl adlanan ərazisində qanunsuz ov edən Bakı və Tovuz rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 2 ədəd ov tüfəngi aşkarlanıb. Faktla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Faktlar üzrə araşdırmalar aparılır.