Polis əməkdaşları tərəfindən ötən gün 20 tüfəng təhvil götürülüb
Dekabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 20 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat, 1 tapança, 3 ədəd patron darağı və 28 ədəd patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

