Şəmkirdə fəaliyyət göstərən sexdə mənbəyi məlum olmayan içlik ağac materialları aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dekabrın 22-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlərlə Qədimqala kəndi ərazisində fəaliyyət göstərən bir sexdə mənbəyi məlum olmayan içlik ağac materialları aşkar olunub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.