Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti işə başlayıb

 

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti öz işinə başlayıb.

T'dbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri - Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan prezidentləri, Çin Xalq Respublikasının Sədri, Pakistan və Hindistanın baş nazirləri, həmçinin müşahidəçi ölkələrin - Belarus, Əfqanıstan, İran və Monqolustanın prezidentləri iştirak edirlər.

Sammitdə bu ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı, regionda və dünyada sülhün qorunması ilə bağlı geniş müzakirələr aparılacağı gözlənilir.

Yekunda Bişkek Bəyannaməsinin və 20-dək sənədin imzalanması nəzərdə tutulur.

 

Qulu Kəngərli