Məsud Pezeşkian xalqa səslənib

İran Prezidenti Məsud Pezeşkian, İsrail-ABŞ hücumları nəticəsində həyatını itirən Dini Lider Ayətullah Əli Xameneinin ardından xalqa müraciət edərək düşmənlərini məyus edəcəklərini bildirib.

İran Prezidenti Məsud Pezeşkian, İsrail və ABŞ-ın birgə hücumları nəticəsində həyatını itirən Dini Lider Ayətullah Əli Xameneinin ardından xalqa səslənib.

Xameneinin ölümünü “ölkə üçün böyük bir fəlakət” kimi qiymətləndirən Pezeşkian deyib:
“ABŞ və İsrail bilməlidir ki, bu hərəkətin onlara qazandıracağı yeganə şey utanc olacaq. Bu gün bu böyük şəhidin vəfatının yasını tutan əziz xalqımız məscidlərdə və küçələrdə bir araya gələrək düşmənlərin məkrli planlarını əl-ələ verib puça çıxarmalıdır.”

Konstitusiyanın 111-ci maddəsinə əsasən Müvəqqəti Rəhbərlik Şurasının fəaliyyətə başladığını bildirən Pezeşkian əlavə edib:
“Allahın köməyi ilə İmamın, əziz liderimizin və dünyadakı bütün haqq axtaranların yolunu güclü şəkildə davam etdirəcəyik.

İran Silahlı Qüvvələri düşmən bazalarını hədəfə alaraq zərərsizləşdirməkdə qətiyyətini qoruyur və qorumağa davam edəcək. Düşmənləri hər zamankı kimi məyus edəcəklər.”

Xameneinin ruhunun şad olmasını və onun yolunu davam etdirənlərin başıuca şəkildə yollarına davam etmələrini arzulayan Pezeşkian bunları deyib:

“Allahın bizi ölkənin dəyərli insanları qarşısında utandırmaması və haqq-ədalət yolunda düz addımlayanlardan etməsi üçün dua edin.”