Ərdoğan Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını bildirib
Prezident Ərdoğan İran Prezidenti Pezeşkiyan ilə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, görüşdə Türkiyə ilə İran arasındakı ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.
Prezident Ərdoğan danışıq zamanı İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İranın sülh və sabitliyinə önəm verdiyini, həmçinin Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını bildirib.
Ərdoğan problemlərin həll edilməsinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də maraqlarına uyğun olduğunu vurğulayıb.

