İranın Hörmüz boğazı ilə bağlı qanun hazırlığı - “Düşmən ölkələrə icazə verilməyəcək”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Hörmüz boğazı ilə bağlı hazırlanan yeni qanunla “düşmən” ölkələrə məxsus hərbi və ticarət gəmilərinin İranın icazəsi olmadan Fars körfəzinə daxil olması qadağan ediləcək.
Türkiyə mediası xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi məsələ ilə bağlı açıqlama verib.
Əzizi bildirib ki, Hörmüz boğazı ilə bağlı hazırlanan qanun İran parlamenti tərəfindən qəbul ediləcəyi təqdirdə, neft sənayesinin milliləşdirilməsindən sonra ölkənin ən mühüm və qabaqcıl qanunlarından biri olacaq.
Onun sözlərinə görə, qanun İranın Hörmüz boğazı üzərində nəzarətini və səlahiyyətlərini gücləndirməyi qarşıya məqsəd qoyur.

