Danimarkanın xarici işlər naziri Qrenlandiyanın ölkəsi üçün “qırmızı xətt” olduğunu bildirib

Danimarkanın xarici işlər naziri Lars Rasmussen ABŞ-nin Qrenlandiyanın sahibi olmayacağını, adanın ölkəsi üçün “qırmızı xətt” olduğunu bildirib.

Rasmussen ABŞ Prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya məsələsi üzrə “razılaşma çərçivəsi” formalaşdırdıqlarını açıqlamasından sonra Danimarka Yayım Qurumuna (DR) xüsusi açıqlama verib.

Türkiyə mətbuatının verdiyi xəbərə gğrə, Rutte ilə qısa bir görüş keçirə bildiyini bildirən Rasmussen deyib: “Yaxşı bir görüş keçiriblər. Danimarkanı da yaxından maraqlandıran Arktikadakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. Bu baxımdan gün başladığından daha yaxşı bitir.”