ABŞ-da Rusiyaya qarşı çar dövrünün borcları ilə bağlı məhkəmə iddiası qaldırıldı

Yüz milyardlarla dolların dondurulmuş aktivlərdən alınması tələb olunur

Noble Capital RSD investisiya fondu Rusiya imperiyası dövrünün borcları üzrə RF-yə qarşı 225,8 milyard dollar məbləğində iddia qaldırıb.

Sənəd CourtListener portalında dərc olunub.

Fond Rusiya Federasiyasından çar Rusiyası dövrünə aid istiqrazlar üzrə iddia edilən borcların tutulmasını planlaşdırır. İddiaçıların bildirdiyinə görə, söhbət 225,8 milyard dollar məbləğindən gedir. Cavabdeh qismində Rusiya Federasiyası, RF Maliyyə Nazirliyi, Rusiya Mərkəzi Bankı və Milli Rifah Fondu göstərilib.

İnvestisiya fondu hesab edir ki, bu vəsaitlər dondurulmuş Rusiya aktivləri hesabına tutulmalıdır.