Qırğızıstan ilə Türkiyə arasında strateji tərəfdaşlıq dərinləşir

Qırğızıstanı 16 dekabr 1991-ci ildə ilk tanıyan dövlət olan Türkiyə ilə Qırğızıstan arasında 34 illik möhkəm dostluq, 5 noyabr 2024-cü ildə imzalanan razılaşmalarla “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldilib.

Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan edən Qırğızıstan ilə Türkiyə arasında 29 yanvar 1992-ci ildə diplomatik münasibətlərin qurulmasının ardınca, həmin il Bişkek və Ankarada səfirliklər açılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 noyabr 2024-cü ildə Qırğızıstana etdiyi rəsmi səfər zamanı imzalanan birgə bəyanatla mövcud tərəfdaşlıq səviyyəsi rəsmi şəkildə “Hərtərəfli Strateji Tərəfdaşlıq” mərhələsinə qaldırılıb.

İki ölkə arasında 24 oktyabr 1997-ci ildə imzalanmış “Əbədi Dostluq və Əməkdaşlıq Sazişi”, 1 iyul 1999-cu ildə yayımlanmış “Türkiyə və Qırğızıstan: Birlikdə XXI əsrə” Bəyannaməsi və 5 noyabr 2024-cü ildə imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə” bu gün mövcud olan sarsılmaz münasibətlərin hüquqi və mənəvi əsas sənədlərini təşkil edir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Türkiyə Qırğızıstanda həyata keçirdiyi layihələr və qurduğu köklü müəssisələrlə təhsil sahəsində ölkənin ən böyük xarici investoru mövqeyindədir.

İki ölkə arasında təhsil əməkdaşlığı universitetlərdən hərbi məktəblərə, dil mərkəzlərindən fond məktəblərinə qədər geniş bir spektri əhatə edir.

Türkiyənin təhsil sahəsindəki təsir gücü Bişkekdə yerləşən Qırğızıstan–Türkiyə Manas Universiteti (KTMÜ), Milli Təhsil Nazirliyinə (MEB) bağlı dövlət məktəbləri və Türkiyə Maarif Vəqfi Təhsil Kompleksi ilə xüsusilə diqqət çəkir...