İranın qərbindəki hava limanlarında uçuşlar növbəti xəbərdarlığadək dayandırılıb

İranın qərbində yerləşən bütün hava limanlarının fəaliyyəti növbəti xəbərdarlığadək dayandırılıb.

Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, paytaxt Tehrandakı Mehrabad və İmam Xomeyni beynəlxalq hava limanlarında da bütün uçuşlar ləğv edilib.