Dövlət sərhədini pozmağa cəhd göstərən nigeryalı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən nigeryalı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.