İran hava məkanını bağladı

İran əvvəlcədən icazə verilmiş beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanını bağladığını açıqlayıb.

İran 14–15 yanvar tarixlərində ölkənin hava məkanının bağlandığını bildirən NOTAM (Pilotlara Bildiriş) yayımlayıb.

NOTAM-da qeyd olunub ki: “Tehran uçuş məlumat bölgəsi mülki gəliş-gediş uçuşları istisna olmaqla bütün uçuşlara bağlıdır. Tehran uçuş məlumat bölgəsində həyata keçiriləcək uçuşlar üçün İran Mülki Aviasiya Təşkilatından əvvəlcədən uçuş icazəsi alınmalıdır.”