Tramp İran lideri Xameneinin “narahat olmalı olduğunu” bildirib

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda yaranan qeyri-müəyyənlikdən sonra hazırkı vəziyyətdə İranın ali rəhbəri Əli Xameneinin “çox narahat olmalı olduğunu” deyib.

ABŞ Prezidenti Tramp NBC News kanalına verdiyi müsahibədə İranla danışıqlar mövzusunda açıqlamalar verib.

 Tramp, “O (Xamenei) çox narahat olmalıdır. Bəli, narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar”, – deyə bildirib.

Tramp əlavə olaraq, “Həmin ölkə (İran) hazırda bizim səbəbimizdən qarışıqlıq içindədir. Ora daxil olduq və nüvə proqramlarını məhv etdik. Yaxın Şərqdə sülh təmin olundu. Əgər onların nüvə proqramlarını məhv etməsəydim, Yaxın Şərqdə sülh olmazdı, çünki ərəb ölkələri bunu əsla edə bilməzdi. Onlar İrandan çox qorxurdular”, – deyə qiymətləndirmə aparıb.