Tramp Putindən Kiyevə hücumları bir həftəlik dayandırmağı xahiş edib
Peskov paytaxt Moskva şəhərində jurnalistlərin gündəmdə olan müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
Trampın Putindən Kiyevə hücumların müvəqqəti dayandırılmasını xahiş etməsi ilə bağlı açıqlamaları dəyərləndirən Peskov deyib:
“Tramp şəxsən Putindən fevralın 1-dək bir həftə müddətində Kiyevə qarşı hücumlardan çəkinməyi xahiş edib. Məqsəd danışıqlar üçün əlverişli şərait yaratmaqdır.”
Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinlə Kiyevdə görüşə biləcəyinə dair açıqlamasına münasibət bildirən Peskov isə belə deyib:
“Putinlə görüşmək istəyən Zelenskidir, əksinə deyil.”
Qeyd edək ki, Zelenski Putinlə Moskvada görüşə bilməyəcəyini, bunun əvəzinə Kiyevdə görüşə biləcəklərini söyləmişdi.

