Prezidentin köməkçisi: Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur
Biz Qərb Qapısından keçmək üzrəyik və Azərbaycanın Gəncə şəhərinə daxil olacağıq. Və bütün bu inkişaf prosesləri cəmi 6 il ərzində baş verib. Bu, Azərbaycan hökumətindən, Azərbaycan xalqından böyük səylər tələb edir, lakin siz bizim tam fədakarlığımızın şahidi ola bilərsiniz. Bu asan tapşırıq deyil, lakin biz sıfırdan deyil, mənfi beşdən başladıq. Bu ərazi hələ də minalarla çirklənmədən əziyyət çəkir. Bu da qarşımızda duran nəhəng çağırışdır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı söyləyib.
H.Hacıyev dünən növbəti mina insidenti baş verdiyini diqqətə çatdıraraq deyib: “Xankəndiyə yolumuzda da yeni bir mina insidentinin baş verdiyi barədə məlumat aldıq, bir mülki şəxs xəsarət alıb. Əlbəttə ki, bu, bizim bərpa və yenidənqurma səylərimizə mane olur, lakin bizim ən qısa zamanda bərpa və yenidənqurma işlərini təmin etmək, keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək əzmimizi və qətiyyətimizi sarsıda bilməz”.//Azərtac

