Azərbaycan və Hindistan XİN rəhbərləri Ermənistanla normallaşma prosesini müzakirə edib

Bu gün Hindistan XİN rəhbəri ilə Cənubi Qafqazda olan regional vəziyyət, Ermənistan-Azərbaycan postmünaqişə normallaşması, Vaşinqtonda əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi apardıq.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.
 
“Ermənistana Azərbaycandan göndərilən mallar, qarşılıqlı səfərlər müzakirə edildi. Bu prosesin başa çatdırılması üçün Ermənistandan olan gözləntilərimiz də həmkarımın diqqətinə çatdırıldı. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə həmkarımı məlumatlandırdım. Təbii ki, davam edən mina təhlükəsi barədə də məlumat verdim”, - nazir qeyd edib.