ABŞ qüvvələri İrana qarşı güclü zərbələr endirməyə başlayıb
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.
Bu barədə Komandanlığın açıqlamasında bildirilib.
ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına, eləcə də boğazda və onun yaxınlığında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət dəhlizi ilə hərəkət edən kommersiya gəmilərinə hücum imkanlarını zəiflətmək olub.//Trend

