Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinin bu ilin sonunadək dərc olunacağını vəd edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin bu ilin sonunadək dərc olunacağını vəd edib.

 Ermənistanın Baş naziri bu barədə jurnalistlərə müsahibəsində bildirib.

O deyib: “Konkret vaxtı deməyəcəyəm, amma ilin sonuna qədər biz konstitusiya layihəsini dərc edəcəyik”. Paşinyan, həmçinin qeyd edib ki, ilin əvvəlində növbəti parlament seçkilərinin keçirilməsi səbəbindən yeni sənəd üzrə müzakirələri lazımi şəraitdə təşkil etmək üçün layihə ictimaiyyətə açıqlanmayıb və Ermənistanın yeni əsas qanunu layihəsinin dərc olunması tarixinin ertələnməsi qərara alınıb.//Azərtac