Əkin sahəsinə axıdılan kanalizasiya suyu torpağı yararsız vəziyyətə saldı – ŞİKAYƏT - VİDEO

İllərdir əkib-becərdiyi torpaq sahəsi son illər yayarsız vəziyyətə düşüb.

 Ağsu rayonunun Muradlı kənd sakini Eyyub Əkbərov iddia edir ki, yaxınlıqda olan şirkətdən onun sahəsinə kanalizasiya suyu axıdılır.  Sakin bildirir ki, əvvəllər həmin sahədən hər il 18-20 tona yaxın taxıl götürsə də, hazırda torpaqda əkin aparmaq mümkün deyil. 

O, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir.

Məsələ ilə bağlı Ağsu rayon Qaraqoyunlu Bələdiyyəsindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ə əraziyə dəfələrlə baxış keçirilib.

Məsələdə əkinə problem yaratdığı iddia edilən “AZGRANATA” şirkətindən isə bildirildi ki, məsələ artıq hüquqi müstəvidə həll olunması üçün aidiyyəti üzrə müraciət edilib. 

Hüquqşünans onuda əlavə etdi ki, vətəndaşın iddiaları əsassızdır və şirkətlə bağlı deyilən iddialar doğruluq payı əks etdirmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.